Futbol turniri təşkil edib

futbol-turniri-teskil-edib
Oxunma sayı: 968

Əskişəhər Azərbaycanlılar Dərnəyi Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə futbol turniri təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, Tüm Sanayici İşadamları Derneğinin dəstəyi ilə baş tutan turnirdə Əskişəhər Universitetində təhsil alan xarici tələbələr iştirak edib. İdman yarışına 8 komanda qoşulub. Azərbaycan, Türkiyə, Qazaxıstan,Türkmənistan, Qırğızıstan, Axısqa türkləri, İraq türkmənləri, Əfqanıstan komandalarının yarışında Türkmənistan komandası çempion olub. Əskişəhər Azərbaycanlılar Dərnəyinin rəhbəri Cavid Aydın 100 İL kubokunu komandaya təqdim edib.