Futbol ulduzları Bakı bulvarında - Fotolar

futbol-ulduzlari-baki-bulvarinda
Oxunma sayı: 6312

Bakıda keçiriləcək Avropa Liqasının finalı ilə bağlı Dövlət Kukla Teatrının yaxınlığında “Final Şəhərciyi” yaradılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu gün baş tutan açılışda AFFA prezidenti Rövnəq Abdullayev, qurumun Baş Katibi Elxan Məmmədov, futbol üzrə dünya ulduzları Françesko Toldo və Maykl Oven iştirak ediblər. 

Şəhərcikdə balacaların futbol oynaması üçün stadion da yaradılıb. Odur ki, R. Abdullayev də tədbirə nəvələri ilə qatılıb.

Elsevər Məmmədov

Fotolar: Pərvin Zeynal