Futbolçu əsas heyətə düşmək üçün baş məşqçiyə silah çəkdi

futbolcu-esas-heyete-dusmek-ucun-bas-mesqciye-silah-cekdi
Oxunma sayı: 1435

Argentina çempionatının aşağı dəstəsində mübarizə aparan “Eskuela Prezidente Roka” klubunun futbolçusu Sezar Paqani əsas heyətə düşmək üçün inanılmaz üsula əl atıb.

“Qafqazinfo” Goal-a istinadən xəbər verir ki, məşqlərin birində məşqçi Kristian Neyranın başına silah dayayan futbolçu əsas heyətə daxil edilməsini tələb edib.

Bundan sonra təcrübəli mütəxəssis istefa verib:

“Artıq 45 ildən çoxdur bu klubda çalışıram. Heç vaxt buna bənzər hadisə ilə üzləşməmişdim”, - deyə məşqçi bildirib.

Bu hadisədən sonra məlum olub ki, Paqani daha öncə tanışlarından birindən məşçini təhdid etməyi xahiş edibmiş. Məsələ ilə bağlı polis araşdırmaya başlayıb.