Futbolçu oyun zamanı öldü

futbolcu-oyun-zamani-oldu
Oxunma sayı: 1709

İrlandiyanın “Şelburn” klubunun gənclər komandasının futbolçusu İzzi Dezu oyun zamanı vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.

Məlumata əsasən, 16 yaşlı Dezu oyun zamanı qəflətən huşunu itirərək yerə yıxılıb. Həkimlər meydanda futbolçuya ilkin yardım göstərməyə çalışıblar. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.