Futbolçu rəqibinin qolunu dişlədi - Video

futbolcu-reqibinin-qolunu-disledi-video
Oxunma sayı: 666

“Qafqazinfo” xəbər evrir ki, “Liverpul” “Çelsi” görüşündə, Luis Suarez “Çelis”nin müdafiəçisi Branislav İvanoviçin qolunu dişləyib. Lakin matçın baş hakimi zərərçəkmiş İvanoviçin israrlı etirazlarına baxmayaraq, Suarezi medandan qovmayıb. Ancaq bu Suarezin ilk belə dişləmə hadisəsi deyil. Belə ki, uruqvaylı futbolçu “Ayaks”da oynadığı zaman da “PSV” –nin futbolçusu Otman Bakalı boyunundan dişləmişdi. “Liverpul” “Çelsi” matçı başa çatandan sonra “Mançester Yunayted”in təcrübəli futbolçusu Rio Ferdinand öz tvitter profilindən Suarezə söz atıb “ Deyəsən,yenə acmısan”
Qeyd edək ki, 34-cü tur çərçivəsində keçirilən “Liverpul” “Çelsi” görüşü 2-2 hesablı bərabərliklə başa çatıb.

İqbal