Futbolçular barışdılar

futbolcular-barisdilar
Oxunma sayı: 637

Qol.Az-ın məlumatına görə, Kanuteyə irqçiliklə bağlı heç nə deməyədiyini bildirən Fabreqas bu haqda belə danışıb: "İrqçilik qorxaqların peşəsidir. Mənim isə alnım açıqdır. Həmin epizodda isə Kanuteyə qarşı heç bir artıq-əksik söz deməmişəm".

"Sevilya"nın malili futbolçusu Kanute də Fabreqasın açıqlamalarına cavab olaraq, "Fabreqasın ona qarşı yanlış hərəkət etdiyini, ancaq bunun meydanda qaldığını və irqçiliklə əlaqədar olmadığını" bildirib.

Qeyd edək ki, "Barselona" - "Sevilya" matçının son dəqiqələrində Messinin penalti zərbəsindən öncə bu iki futbolçu arasında kiçik insident yaşanmış, Kanute isə meydandan qovulmuşdu. Oyundan sonra isə Kanute Fabreqasın ona "pis ərəb, terrorist" dediyini iddia etmişdi.