Futbolçular Ərdoğana söz verdilər

futbolcular-erdogana-soz-verdiler
Oxunma sayı: 658

Qol.Az-ın "Sabah" qəzetinə istinadən yaydığı xəbərə görə, dünən Türkiyə Futbol Federasiyasının rəsmisi Göksəl Gümüşdağ, millinin meneceri Okan Buruk, futbolçular Emre Belözoğlu və Arda Turan yığmanın düşərgəsindən ayrılaraq Ərdoğanın evinə gediblər.

Çox üzgün olan Ərdoğan Ardanın İspaniyadakı durumuyla maraqlanıb.
Futbolçular baş nazirə təəssüflə Almaniyaya qalib gələ bilmədiklərini deyiblər. Bununla belə, onlar vəd ediblər ki, Azərbaycanı məğlub etməklə baş nazirə yaxşı bir xəbər verəcəklər.