“Futbolçular pul üçün...” - Şakiradan sərt sözlər

futbolcular-pul-ucun
Oxunma sayı: 2664

Kolumbiyalı məşhur müğənni Şakira futbolçular barədə sərt danışıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyada “Canale 5”də yayımlanan “Verissimo” verilişinin qonağı olan 40 yaşlı ifaçı, futbolçuların pul üçün hər kluba transfer olduqlarını deyib.

Şakira futbolçuları “muzdlu əsgər” adlandırsa da, həyat yoldaşı, “Barselona”nın müdafiəçisi Xerard Pikenin belə olmadığını deyib:

“Pikenin “Barselona”ya sədaqəti var. Pike fərqlidir. Onu “Barselona”dan ayıracaq pul yoxdur. Belə oyunçu tapmaq çətindir”.

Qeyd edək ki, 6 ildir birlikdə olan Pike və Şakiranın ötən ay ayrıldığı barədə xəbər yayılmışdı. Cütlüyün 2 övladı var.