Futbolçuları döyən azarkeşlər həbs olundu

futbolculari-doyen-azarkesler-hebs-olundu
Oxunma sayı: 941

Portuqaliyanın “Sportinq” klubunun bazasına hücum edərək futbolçuları və baş məşqçi Jorje Jezuşu döyən azarkeşlərin bir qismi saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bazaya soxulan 50-yə yaxın fanatdan 21 nəfər tutulub.

Qeyd edək ki, Portuqaliya çempionatının son turunda səfərdə “Maritimu”ya məğlub olaraq liqanı 3-cü pillədə tamamlayan “Sportinq” Çempionlar Liqasına qatılmaq şansını itirib. Vəziyyəti qəbul edə bilməyən əsəbi azarkeşlər klubun bazasına hücum ediblər.

50-yə yaxın çılğın fanat bazada baş məşqçi Jorje Jezus, futbolçulardan Uilyam Karvalyo, Ruy Patrisio, Bas Dost, Rodriqo Battaqliyaya xəsarət yetiriblər. Hollandiya futbolçu Bas Dostun başı yarılıb və xəstəxanaya yerləşdirilib.

Məlum hadisədən sonra Lissabon klubunun futbolçuları ölkə kubokunun finalında “Aveş”lə görüşə çıxmaq istəmirlər.