“Futbolçularıma “Real”a uduzun desəm, məni döyərlər”

futbolcularima-reala-uduzun-desem-meni-doyerler
Oxunma sayı: 656

İspaniyanın "Malaqa" klubunun prezidenti Ali Tani maraqlı açıqlaması ilə gündəmi zəbt edib. 

“Qafqazinfo” xəbər verir ki, "ağ mavilər"in baş məşqçisi Miçelin Madrid "Real"ının yetirməsi olması və 15 il bu komandanın formasını geyinməsi Kataloniya mətbuatında söz-söhbətlərin ortaya çıxmasına səbəb olub. "Barselona" azarkeşləri son turda "Malaqa"nın "Real"a bilərəkdən məğlub olacağını düşünürlər. 

"Fanatların “Barselona”nın çempionluğu üçün son turda “Real”ı məğlub etməyiniz yetərli olacaq” fikri Al Tanini özündən çıxarıb. Klub prezidenti məsələyə belə münasibət bildirib:  “Allahın köməyi ilə qələbə qazanmağa çalışacağıq. Ancaq Kataloniya murdarları Miçel haqqında səsləndirdikləri yalanlardan sonra çempionluq iyini almayacaqlar”.

Komandanın baş məşqçisi Joze Migel Qonzalez Martin Del Kampo (Miçel - red) "kral klubu"na azarkeşlik etdiyini etiraf edib: "Futbolçu karyeramın 15 ilini "Real"a həsr etmişəm və məşqçi kimi də komandada çalışmışam. "Hazırda “Malaga”nı çalışdırmağıma baxmayaraq, hələ də “Real”a azarkeşlik edirəm. Ancaq oyunçularımdan uduzmalarını istəsəm, məni döyərlər”.

Qeyd edək ki, "Malaqa" La Liqanın XXXI turunda "Barselona" üzərində 2:0 hesablı qələbə qazanmışdı və Miçel bu qələbəni xüsusi çılğılıqla qeyd etmişdi.