“Futbolçularımıza istirahət lazım idi” - Zaur Svanadze

“Futbolçularımıza istirahət lazım idi”
Oxunma sayı: 20

“İnter” Avropa Liqasının II təsnifat mərhələsində Lüksemburqun “Fola” klubi ilə cavab matçına hazırlığa bu gün başlayır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Zaur Svanadze bildirib. O, məşq prosesinin “Dalğa Arena”da nəzərdə tutulduğunu bildirib:

“Fola” ilə oyundan sonra komandaya 2  gün istirahət verdik. Son vaxtlar sıx qrafikdə çalışdığımızdan futbolçular yorulublar. Buna görə onların dincəlməsinə imkan yaratdıq. İylunun 17-dək Bakıda hazırlıq keçəcəyik. İyulun 18-də gecə saat 2-də Bakı - İstanbul - Lüksemburq hava reysilə səfərə çıxacağıq. Son 2 məşqimiz matçın keçiriləcəyi şəhərdə olaca”.

Gürcü mütəxəssis səfər matçında start heyətində dəyişikliklə bağlı danışıb:

“Bu barədə indidən danışmaq tezdi. Hər şey hazırlığın gedişi, futbolçuların son durumundan asılı olacaq. Kim daha yaxşı vəziyyətdə olacaqsa, o da ilk dəqiqələrdən meydanda olacaq”.

Xatırladaq ki, “İnter”in “Dalğa Arena”da 1:0 hesablı qələbə qazandığı oyunda qələbə topunun müəllifi sonradan meydana çıxan yarımmüdafiəçi Mirhüseyn Seyidov olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi