Futbolçumuza Almaniyadan təklif var

futbolcumuza-almaniyadan-teklif-var
Oxunma sayı: 911


 “Qafqazinfo” Futbolinfo.az –a istinadən xəbər verir ki,  “ağ-qara”ların şərəfini qoruyan Araz Abdullayevə Almaniyadan elçi düşüb. Belə ki, gənc futbolçumuz Albaniya “Partizani”si ilə sınaq matçında alman menecerlərin rəğbətini qazanıb. Menecerlər Abdullayevlə söhbət edərək, onu “Auqsburq”a müqavilə bağlamağa dəvət ediblər. Lakin bu, gənc futbolçuya o qədər də inandırıcı görünmədiyindən almanların təklifini müsbət cavablamayıb.

 Qeyd edək ki, 22 yaşlı futbolçunun “Neftçi” ilə olan müqavilə müddəti 2018-ci ildə başa çatacaq.