Futbolçumuza cidd xəbərdarlıq olundu

futbolcumuza-cidd-xeberdarliq-olundu
Oxunma sayı: 638

Buna səbəb Rail, Ömər və Bayramın qırmızı, qapıçı İsmayıl Şahmalı və Əhməd Burakın sarı vərəqə cəzalısı olmasıdır. Bundan başqa Vəli, Həsən Dəmir və Fateh zədədən əziyyət çəkir.

“Dənizlispor”dakı bu durum klub rəhbərliyini də narahat edir. Vitse-prezident Veysəl Gühan bildirib ki, İntizam Komitəsinin qırmızı vərəqə alanlara verəcəyi cəza ilə kifayətlənməyəcəklər. Belə ki, klubun özü də futbolçularına pul cəzası kəsəcək.

Lakin Gühan Məlikovun cəzalanmayacağını bildirib: “3 qımızı vərəqə alan oyunçumuzdan yalnız birini – Bayramı cəzalandıracağıq. Əgər o meydanda qırmızı vərəqə alsaydı, düşünərdik ki, əsəblərini cilovlaya bilməyib. Lakin meydandan kənarda belə hərəkət yolverilməzdir. Onu mütləq cəzalandıracağıq. Digər vərəqə alanlara isə ciddi xəbərdarlıq verəcəyik”.

Qeyd edək ki, Dənizli təmsilçisinin 3 futbolçusu “Adana Dəmirspor”la I liqanın 19-cu turunun matçında qırmızı vərəqə almışdı.