Futbolçunu “Tvitter”də təhqir edən tələbə həbs olundu

futbolcunu-tvitterde-tehqir-eden-telebe-hebs-olundu
Oxunma sayı: 638

Təhqiramiz sözlər martın 17-də idmançının futbol meydanında ürəyi dayandıqdan sonra yazılıb. Böyük Britaniyanın hər yerindən azarkeşlərin bu sözlərlə bağlı şikayətləri səslənib.

Suonsi Universitetinin 21 yaşlı tələbəsi bildirmişdir ki, təhqiramiz sözləri onun mikrobloqunu sındırmış hakerlər yazıblar. Lakin Steysi sonra etiraf etmişdir ki, futbolçunu sərxoş vəziyyətdə təhqir edib.

Steysinin bloqunda futbolçu Muambanın ünvanına təhqirlər İngiltərə kubokunun dörddə bir final yarışmasında idmançının elə meydandaca ürəyi dayanandan sonra yazılıb. Steysi futbolçunun irqi və cinsi ilə əlaqədar xoşagəlməz fikirlər söyləyib.

AzərTAc