Futbolçunun film kimi sevgi hekayəti

futbolcunun-film-kimi-sevgi-hekayeti
Oxunma sayı: 635

“Qafqazinfo” xəbər verir ki, Fabregas evli olan Daniella Semaan ilə gizli eşq həyatı yaşayıb. Lakin onların münasibətləri uzun müddət gizli qalmayıb. Belə ki, Daniella Semaanın milyarder həyat yoldaşı Taktouk qəzetdə futbolçunun gizli eşqi ilə bağlı yazını oxuyarkən Fabregasın sevgilisin öz həyat yoldaşı olduğunu görüb.

Taktouk 38 yaşlı həyat yoldaşının 25 yaşlı futbolçu ilə sevgili olduğunu bilərkən şok keçirdiyini bildirib: “Üçüncü uşağımız olsun istəyirdik. Amma o məni aldadırmış”.

Bu açıqlamadan dərhal sonra milyarder iş adamı Semaandan ayrılıb. Hazırda onların iki övladına futbolçu Fabregas atalıq edir.