Futbolçunun qol sevinci topdaşıyan uşağı qorxutdu - Fotolar + Video

futbolcunun-qol-sevinci-topdasiyan-usagi-qorxutdu
Oxunma sayı: 2087

Səudiyyə Ərəbistanı çemponatında keçirilən “Əl İttihad” - “Əl Hilal” matçında maraqlı hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Əl Hilal”ın hücumçusu Bafetimbi Qomis qol vurduqdan sonra ənənəvi “aslan pəncəsi” hərəkəti edib. Bu zaman meydançanın kənarında oturan topdaşıyan uşaq onun hərəkətindən qorxaraq qaçıb.

33 yaşlı futbolçu oyundan sonra həmin uşağın yanına gedərək formasını ona hədiyyə edib və uşağın könlünü alıb.

Qeyd edək ki, görüş “Əl Hilal”ın 2:0 hesablı qələbəsi ilə bitib.