Futbolçuya 3 milyonluq heykəl qoyuldu

Futbolçuya 3 milyonluq heykəl qoyuldu
Oxunma sayı: 2866

“Monako” futbol klubunun və Kolumbiya millisinin hücumçusu Radamel Falkaoya doğma şəhəri Santa-Martedə heykəl qoyulub.

“Qafqazinfo” “Sovetskiy sport”a istinadən xəbər verir ki, futbolçunun ağ rəngli 6 metrlik heykəlinin qurulması üçün 3 milyon dollardan çox pul xərclənib. 

Qeyd edək ki, Falkao 2013-cü ildən “Monako”da oynayır. 32 yaşlı hücumçu, həmçinin Londonun "Çelsi", "Mançester Yunayted", Madridin "Atletiko", "Portu", Argentinanın "River Pleyt" və Kolumbiyanın "Lanseros Boyaka" komandalarının şərəfini qoruyub.

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi