Futbolçuya AFFA-dan da cəza gəldi

futbolcuya-affa-dan-da-ceza-geldi
Oxunma sayı: 648

Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 12-ci turunun “Neftçi” – “Xəzər Lənkəran” matçı ilə də bağlı qərarlar çıxarılıb:

“Neftçi” – “Xəzər Lənkəran” matçının 8-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Rəşad Abdullayev rəqibinə qarşı aqressiv hərəkət etmiş, lakin matçın hakimlər briqadası bu hadisəni qiymətləndirməmişdir. Oyunun videoyazısını izlədikdə adıçıkilən futbolçunun rəqibinə əli ilə zərbə endirməsi aşkar edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Rəşad Abdullayev 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə olunub.

Hakimlər Komitəsi oyunun hakimlər briqadası haqqında lazımı ölçü götürüb İntizam Komitəsinə yazılı məlumat versin.

Qeyd edək ki, Rəşad Abdullayevi “Neftçi” rəhbərliyi də cəzalandırıb.