Futbolda analoqu olmayan hadisə - Azərbaycanda

futbolda-analoqu-olmayan-hadise-azerbaycanda
Oxunma sayı: 645

“Qafqazinfo”nun AzNews.az-a istinadən xəbər verir ki, 21 yaşlı arxa xətt oyunçusu Topaz Premyer Liqası çərçivəsində bu gün “Neftçi” klubu ilə keçirilmiş matçın 88-ci dəqiqəsində komanda yoldaşı Ramazan Abbasovun əvəzinə meydana çıxsa da, onun görüşdə olması cəmi 3 saniyə çəkib.

Julius Vobaya qarşı çox kobud oynayan Novruz Məmmədov, baş hakim Elçin Məmmədov tərəfindən dərhal qovulub. Beləliklə, gənc müdafiəçi dünya futbolunun ən erkən qırmızı vərəqəsini alanlardan birinin müəllifi olub.