Futbolda ilin ən yaxşıları məlum oldu - Siyahı

futbolda-ilin-en-yaxsilari-melum-oldu
Oxunma sayı: 3919

İngiltərənin paytaxtı Londonda keçirilən “The Best” adlı tədbirdə futbolda ilin ən yaxşı nominasiyaları üzrə qaliblər müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, 9 nominasiya üzrə qaliblər elan edilib:

İlin ən yaxşı kişi futbolçusu – Kriştianu Ronaldo (“Real Madrid”, Portuqaliya)

O, səsvermədə Lionel Messi və Neymarı qabaqlayaraq birinci olub. Qalibin adını canlı əfsanələr- Dieqo Maradona, Ronaldo Luis Nazario və FİFA prezidenti Cianno İnfantino birlikdə açıqlayıb.

İlin ən yaxşı qadın futbolçusu – Like Martens (“Barselona”, Hollandiya)

İlin ən yaxşı kişi baş məşqçisi – Zinəddin Zidan (“Real Madrid”)

İlin ən yaxşı qadın baş məşqçisi – Sarina Viqman (Hollandiya millisi)

İlin ən yaxşı qapıçısı – Canluici Buffon (“Yuventus”, İtaliya)

İlin ən yaxşı qolu - “Ferents Puşkaş” mükafatı Fransa millisinin və “Arsenal”ın hücumçusu Olivye Jiruya verilib. O, “Arsenal” - “Kristal Palas” oyununda dabanla qol vurmuşdu.

İlin “fair-play” mükafatı – Fransis Kone (Çexiyanın “Zbryovko Brno” klubu və Toqo millisinin üzvü)

O, matçlardan birində rəqib oyunçunu ölümdən xilas etdiyi üçün bu mükafata layiq görülüb.

İlin ən yaxşı azarkeşləri – “Seltik” klubunun azarkeşləri bu nominasiyanın qalibi oub. Onlar “Borussiya Dortmund” və “Kopenhagen”i geridə qoyublar.

İlin ən yaxşı "11"liyi:

Qapıçı - Canluici Buffon

Müdafiəçilər - Dani Alves, Leonardo Bonucci, Serxio Ramos, Marselo

Yarımmüdafiəçlər: Toni Kroos, Andres İnyesta, Luka Modriç;

Hücumçular: Kriştianu Ronaldo, Lionel Messi, Neymar.

Mərasimdən video və fotoları təqdim edirik: