Futbolda transfer rekordu qırıldı

Futbolda transfer rekordu qırıldı
Oxunma sayı: 3937

FİFA yay transfer pəncərəsi dövründə klubların həyata keçirdiyi transferlərlə bağlı statistikanı açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, 1 iyul - 1 sentyabr tarixində qüvvədə olan transfer dövründə ümumilikdə 8401 transfer həyata keçirilib.

Bu transferlərə ümumilikdə ödənilən 5,44 milyard dollar futbol tarixində yeni rekord olub.

Məlumata görə, müqavilələrin 59,1 faizi azad agent statusundakı, 15,7 faizi başqa kluba məxsus, 13,8 faizi icarəyə götürülən və 11,4 faizi isə icarədən qayıdan futbolçularla imzalanıb.

“Böyük beşlik” adlandırılan İngiltərə, Fransa, Almaniya, İtaliya və İspaniya klubları isə transferlərə 4,21 milyard dollar xərcləyiblər. Bu, ümumi rəqəmin 77,5 faizini təşkil edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi