Futbolla bağlı qanun müzakirə olunacaq

futbolla-bagli-qanun-muzakire-olunacaq
Oxunma sayı: 640

“Qafqazinfo” xəbər verir ki, iclasda “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beynəlxalq Hərbi İdman Şurası arasında Beynəlxalq Hərbi İdman Şurasının Birinci Dünya futbol kubokunun təşkili haqqında Müqavilə”nin təsdiq olunması barədə” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub.

Komitənin sədri Ziyafət Əsgərov bildirib ki, 2013-cü il fevralın 27-də Bakıda imzalanmış bu müqavilədə tərəflərin öhdəlikləri, yarışların təşkili, keçirilməsi, yayımı və digər işlərin tənzimlənməsi məsələləri əks olunub. İyun ayının 30-dan iyulun 16-dək Bakıda keçiriləcək futbol turnirində Afrika, Asiya, Avropa və Amerika qitələrindən olan komandalar iştirak edəcəklər.

Bildirilib ki, artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycan dövləti bir sıra beynəlxalq idman yarışlarını uğurla keçirmişdir və bu sahədə kifayət qədər təcrübə vardır. Hərbçilər arasında beynəlxalq futbol çempionatının Azərbaycanda keçirilməsi niyyətinin ortaya qoyulması beynəlxalq idman ictimaiyyətinin dövlətimizə hörmət və ehtiramının ifadəsidir.

Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə olunub.