Futbolun ən yaxşıları mükafatlandırılacaq

futbolun-en-yaxsilari-mukafatlandirilacaq
Oxunma sayı: 627

“Qafqazinfo” xəbər verir ki, tədbirdə “Neftçi”, “Xəzər Lənkəran” və “İnter” klublarına Fransanın məşhur “Artua-Bertran” şirkəti tərəfindən hazırlanmış medallar təqdim olunacaq. “Neftçi” qızıl, “Xəzər – Lənkəran” gümüş, “İnter” isə bürünc medalla təltif olunacaq.

Həmçinin İdman Araşdırmaları Mərkəzi tərəfindən aparılmış sorğuya əsasən ötən mövsümün ən yaxşı futbolçularının da adı açıqlanacaq.

Xatırladaq ki, ən yaxşı futbolçu nominasiyasında daha çox səs toplamış ilk üçlüyün adı artıq bəllidir. Bu üçlükdə Ruslan Abışov, Flavinyo və Bahadır Nəsimovun adları yer alır.

Tədbir Beynəlxalq Muğam mərkəzində keçiriləcək və saat 18:00-da başlayacaq.

Sevinc