Futzal millimiz ¼ finalda - Fotolar

Futzal millimiz ¼ finalda
Oxunma sayı: 1095

Futzal üzrə Azərbaycan millisi Sloveniyada keçirilən “Avro-2018”in final mərhələsində bu gün qrup mərhələsinin ilk matçına çıxıb.

“Qafqazinfo” xəbər verir ki, millimiz güclü Fransa komandası qarşısında inamlı çıxıb.

Matça sürətli başlayan komandamız hesabda önə keçsə də, sonradan fransızlar iki qol vuraraq hesabı öz xeyrinə dəyişib. Lakin, Azərbaycan futzalçıları çox keçmədən ardıcıl qollaraq vuraraq qələbəni təmin edib – 3:5.

Milli komandamız bu qələbə sayəsində qrupdan çıxmağı təmin edib.

D qrupu

Fransa - Azərbaycan - 3:5

Qollar: Landri Nqala, 7; Abdessamad Mohammed, 21; Suheyl Muhudine, 40  - Bolinya, 3, 23, 25; Everton Kardoso, 29; Eduardo Borqes, 38

Sloveniya, Lyublyana, “Stojica Arena”

 

Fransa: 1. Camel Harun, 6. Kevin Ramires, 8. Azdin Ayqun, 20. Suheyl Muhudine, 10. Abdessamad Mohammed, 12. Ba El Maaruf Kerrumi (q), 16. Joevin Duro, 18. Samba Kebe, 2. Sid Belhay, 5. Bulaye Ba, 19. Adrien Qasmi, 14. Samir Alla, 11. Landri Nqala, 7. Mişel de sa Andrade

Baş məşqçi: Pyerr Jake

 

Azərbaycan: 12. Rövşən Hüseynli, 3. Bolinya, 5. Fineo de Araujo, 6. Eduardo Borqes, 13. Everton Kardoso, 1. Emin Kürdov, 2. Samir Həmzəyev, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 10. Vassoura, 11. Xətai Bağırov, 14. Vitali Borisov, 18. Namiq Məmmədkərimov

Baş məşqçi: Joze Alesio da Silva









Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi