Füzuli Ələkbərov Namık Ata ilə görüşdü

fuzuli-elekberov-namik-ata-ile-gorusdu
Oxunma sayı: 641

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Fizuli Ələkbərov ölkəmizdə sosial-iqtisadi inkişaf, o cümlədən sosial rifah halının yüksəldilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan siyasət və onun uğurlu nəticələri, həyata keçirilən sosial proqramlar, aktiv sosial müdafiə tədbirləri haqqında məlumat verib. Görüşdə Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də əməkdaşlığın daim inkişaf etdiyi vurğulanıb.

Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən Namık Ata Azərbaycanla Türkiyə arasında bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib, bu əməkdaşlığın daha da inkişaf etməsi üçün öz fəaliyyəti dövründə bütün səyləri göstərəcəyini vurğulayıb.

Görüşdə iki ölkənin əmək və sosial müdafiə sahəsində əməkdaşlığının gücləndirilməsi sahəsində görülən işlərdən bəhs olunaraq, gələcək əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüş zamanı aprel ayında Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Əmək Nazirlərinin ikinci konfransı barədə fikir mübadiləsi aparılıb. Türkiyəli müşavir bu konfransında türkiyəli nazir Faruk Çelikin böyük məmnuniyyətlə iştirak edəcəyini bildirib.