Füzuli Ələkbərov sakinləri qəbul etdi - - Fotolar

fuzuli-elekberov-sakinleri-qebul-etdi-
Oxunma sayı: 860


Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, qəbul zamanı ümumilikdə 100 nəfərə yaxın sakinin «Açıq qapı» şəraitində müraciətləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılıb və bir sıra vətəndaşların qaldırdıqları məsələlər yerindəcə həll olunub. 

Bununla yanaşı, aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özünədəstək» proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr də müəyyən olunaraq, onların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınıb. F. Ələkbərov digər müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq obyektiv və ədalətli şəkildə həllini tapması barədə müvafiq struktur bölmələrinə tapşırıqlar verib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər aidiyyati qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.