Füzuli Ələkbərov serbiyalı həmkarı ilə görüşüb

fuzuli-elekberov-serbiyali-hemkari-ile-gorusub
Oxunma sayı: 640

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, qonağı səmimi salamlayan nazir Fizuli Ələkbərov ölkədə sosial-iqtisadi sahədə əldə olunan tarixi nailiyyətlər barədə ətraflı məlumat verib.
Bildirib ki, iqtisadi inkişaf dinamikasına görə dünyada lider mövqeyi ilə seçilən, Cənubi Qafqaz iqtisadiyyatında 80 faizlik paya malik olan ölkəmizdə neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da daim inkişaf edir. Ölkədə iqtisadi tərəqqidən irəli gələn imkanlar ilk növbədə insan kapitalının inkişafına, sosial rifahın yüksəldilməsinə yönəldilir. Yoxsulluğun azaldılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi olaraq, son 8 il ərzində respublikamızda yoxsulluq 49 faizdən 9 faizə enib, bir milyonadək yeni iş yeri yaradılıb, işsizlik səviyyəsi qeyd olunan dövrdə 5,6 faizədək azalıb.

Görüşdə ölkəmizdə əmək və sosial müdafiə sahəsində həyata keçirilən islahatlar və onların uğurlu nəticələri barədə geniş məlumat verilib, Serbiya ilə bu sahədə əməkdaşlığa daim xüsusi önəm verildiyi vurğulanıb. Nazir Rasim Lyaviç səmimi görüşə görə minnətdarlığını ifadə edərək bildirib ki, Azərbaycan və Serbiya arasında dostluq və əməkdaşlıq əlaqələri yüksək səviyyədədir. İndiyədək iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir çox sazişlər imzalanıb. Serbiya hökuməti Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Eyni zamanda əmək və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafı üçün bütün səylər göstəriləcək.
Görüşdə nazirliklər arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı qarşıda duran məsələlər müzakirə olunub.

Nigar Məmmədli