Füzulidə 1400 ton pambıq yığılıb

Füzulidə 1400 ton pambıq yığılıb
Oxunma sayı: 277

Bu il Füzuli rayonunda 2050 ha ərazidə pambıq əkilib.  

İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, pambıq əknləri MKT İK MMC, Füzuli Kənd Təsərrüfatı MMC, CTS AQRO MMC ilə müqavilə bağlanılmaqla becərilib. Hazırda rayonda pambıq yığımı davam edir. Bu günə kimi rayon ərazisində əkilmiş pambıq sahələrindən 1400 tona yaxın məhsul toplanaraq pambıq tadarükü məntəqələrinə təhvil verilib. Orta məhsuldarlıq isə hələlik 23-25 sentnerdir. Havaların əlverişli keçməsi isə pambıq sahələrindən məhsulun tez və itkisiz yığımasına şərait yaradır. Rayon ərazisində əkilmiş 2050 ha sahələrdən füzulili pambıq istehsalçıları tərəfindən 2500 tondan  yuxarı məhsul yığılması gözlənilir. Bu da keçən illə müqayisədə 6 dəfə çox məhsul deməkdir. Rayonda pambıq əsasən pambıqyığan kombaynlar və əl əməyindən istifadə edilməklə yığılır. İnsanların məşğulluğunun təmin edilməsi, onların maddi rifah hallarının yaxşılaşdırılması üçün daha çox əl əməyinə üstünlük verilir ki, bu işə də minlərlə rayon sakini cəlb edilir. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi