Füzulidə 8 mart Qadınlar Günü qeyd olundu - Fotolar

Füzulidə 8 mart Qadınlar Günü qeyd olundu
Oxunma sayı: 1336

Horadiz şəhərində Muğam Mərkəzində 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti  ilə tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən qadınlar, şəhid anaları, imtiyazlı qadınlar iştirak edib.

Tədbirdə çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun qadınlarını 8 mart Qadınlar bayramı münasibəti ilə təbrik edib. 

Ölkəmizdə qadınlarla bağlı həyata keçirilən dövlət siyasətindən danışan Alı Alıyev bildirib ki, hazırda Füzuli rayonunda təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini qadınlar təşkil edir. 

Ölkəmizdə ana, qadın adının həmişə uca tutulduğunu, ana məfhumunun minillərdən bəri xalqımızın təfəkküründə doğma yurdu, vətən torpağını və dilimizi təcəssüm etdirdiyini vurğulayan icra başçısı Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bütün qadınlara örnək olan ictimai-siyasi fəaliyyətindən bəhs edib.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlara Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olunub. 

Tədbir rayonun incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi