Füzulidə çoban öz qoyunlarını oğurladı

fuzulide-coban-oz-qoyunlarini-ogurladi
Oxunma sayı: 636

Füzuli rayonu ərazisindəki fermalardan birində oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Füzuli RPŞ-nin əməkdaşları tərəfindən iyulun 21-də Şükürbəyli kəndi ərazisindəki fermalardan birindən 5 baş qoyun oğurlamaqda şübhəli bilinən, orada çoban işləyən, Beyləqan rayon sakini Habil Fərhadov tutulub.