Füzulidə daha bir qəsəbəyə mavi yanacaq verildi

fuzulide-daha-bir-qesebeye-mavi-yanacaq-verildi
Oxunma sayı: 627



Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək respublika əhalisinin təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə ölkədə genişmiqyaslı işlər həyata keçirildiyini bildirmiş, uzun müddət təbii qaz almayan yaşayış massivlərinin “mavi yanacaq”la təmin olunduğunu vurğulayıb.

Rayonda həyata keçirilən infrastruktur layihələri, o cümlədən kənd və qəsəbələrin qazlaşdırılması barədə məlumat verən Alı Alıyev qeyd etmişdir ki, ilin sonuna kimi rayonun bütün yaşayış məntəqələri mavi yanacaqla təmin ediləcəkdir. Alı Alıyev hər iki qəsəbənin sakinlərini əlamətdar gün münasibəti ilə təbrik edib.

Qeyd edək ki, 201 abonentin olduğu 1 №-li Qayıdış qəsəbəsinə 7562 metr , 137 abonentin olduğu 2 №-li Qayıdış qəsəbəsinə isə 7921 metr uzunluğunda birpilləli sistem əsasında müxtəlif diametrli polad və politilen borularla daşıyıcı və məhəllə daxili qaz kəmərləri çəkilmiş, 338 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mərasimdə çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirib.

Sonda rəmzi məşəl yandırıldı və hər iki qəsəbədəki evlərə mavi yanacağın verilməsinə baxış keçirildi.