Füzulidə ilan qadını sancdı

fuzulide-ilan-qadini-sancdi
Oxunma sayı: 2746

Füzuli rayonunun Alıxanlı kənd sakini, 1935-ci il təvəllüdlü Məmmədova Elminaz Rza qızını öz həyətində ilan sancıb və təcili olaraq rayon xəstəxanasına gətirilib. 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, E.Məmmədovanın həyatını xilas etmək ücün ona təcili ilan zərdabının vurulması zərurəti ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Horadiz sərhəd dəstəsinə müraciət olunub. 

Müraciətə dərhal reaksiya verilib, şəxsi heyətin ilan sanc¬ması hallarında istifadə etmək məqsədilə hərbi hissənin tibb məntəqəsində saxlanılan ilan zərdabı rayon xəstəxanasına çatdırılıb və vətəndaşın həyatı xilas edilib.