Füzulidə istixana kompleksi fəaliyyətə başlayıb

fuzulide-istixana-kompleksi-fealiyyete-baslayib
Oxunma sayı: 646

Füzuli rayonunda, Horadiz şəhərinin inzibati ərazisində iş adamı tərəfindən 10 ha sahədə müxtəlif növ kənd təsərrüfatı məhsulları yetişdiriləcək istixana kompleksi yaradılıb.

Rayon İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, istixana kompleksində müasir texnoloji avadanlıqlar qurulub, istilik-mühafizə pərdələri, havalandırma və suvarma sistemləri yaradılıb. İstixana kompleksində ilkin mərhələdə pamidor və xiyar yetişdirilməsi nəzərdə tutulub. Burada istehsal olunacaq ixrac yönümlü məhsullar rayonun daxili bazarları ilə yanaşı respublikanın müxtəlif regionlarında da satılması və gələcəkdə xaricə ixrac  nəzərdə tutulub. Kompleksdə məhsulların qablaşdırılması istehsal olunan tərəvəzin keyfiyyətini itirmədən istehlakçılara çatdırılmasına imkan verir. Kompleksin fəaliyyətə başlaması ilə ilkin mərhələdə rayondan olan 30 məcburi köçkün burada daimi işlə təmin olunublar.