Füzulidə məmur vətəndaş münasibətləri müzakirə edilib

fuzulide-memur-vetendas-munasibetleri-muzakire-edilib
Oxunma sayı: 3137

Horadiz şəhəri Muğam Mərkəzində Füzuli rayonunda məmur–vətəndaş münasibətlərinə həsr olunan ümumrayon müşavirəsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, müşavirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, ictimaiyyət nümayəndələri, QHT-lər və KİV-nin nümayəndələri iştirak edib.

Alı Alıyev çıxış edərək 1994-cü ildən bu günə kimi görülən işlər həyata keçirilən tədbirlər barədə danışıb. Bildirdi ki, hazırda Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 70 min nəfərə yaxın əhali yaşayır. 60 min nəfər füzulili isə məcburi köçkün kimi Bakı, Sumqayıt, şəhərlərində və respublikanın 50-dən çox şəhər və rayonlarında məskunlaşmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq məcburi köçkünlərlə əlaqə saxlanılır, onların problemləri həll edilir, müvafiq köməkliklər göstərilir.

Müşavirədə rayon Prokuroru Ramazan Hadıyev, rayon Polis şöbəsi rəisinin müavini Xəyyam Mirhüseynov, Mərkəzi rayon Xəstəxanasının baş həkimi Natiq Şükürov, Notarius Fəxrəddin İbədullayev, ƏƏSMN-nin rayon şöbəsinin müdiri Zəfər Hətəmov, Telekommunikasiya qovuşağının rəisi Yavər Məmişov, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri məmur-vətəndaş münasibətləri ilə bağlı çıxış ediblər.