Füzulidə müşavirə keçirilib

fuzulide-musavire-kecirilib
Oxunma sayı: 788

Füzuli rayonunda rayon İcra Hakimiyyətində aidiyyəti xidmət təşkilatlarının, icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və kənd təsərrüfatı üzrə mütəxəssislərin iştirakı ilə müşavirə keçirilib.

"Qafqazinfo" xəbər verir ki, müşavirədə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, yeni iqtisadi mərhələdə respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə, ixrac tutumlu sahələrin, o cümlədən pambıqçılığın və baramaçılığın inkişafı əsas yer tutur. Çünki pambıqçılıq və baramaçılıq həm gəlirli sahədir, həm də yeni iş yerlərinin açılması deməkdir.

Alı Alıyev müşavirə iştirakçılarına pambıq istehsalında məhsuldarlığın arıtılması ilə bağlı ciddi tapşırıqlar verib. Bildirib ki, yüksək məhsuldarlıq əldə etmək üçün pambıq sahələrinə aqrotexniki qulluq göstərilməli, suvarılma optimal müddətdə aparılmalıdır.

Müşavirədə rayonda ipəkqurdunun vəziyyəti, ipəkqurdu saxlayan kümçülərin qarşılaşdıqları problemlər müzakirə olunub, aidiyyəti şəxslərə konkret tapşırıqlar verilib. Tapşırılıb ki, ipəkqurdu saxlayan kümçülərlə mütəmadi olaraq görüşlər keçirilsin, barama saxlanılan yerlərə baxış keçirilsin, onlara əməli dəstək göstərilsin.

Müşavirədə həmçinin qarşıdan gələn taxıl biçininə hazırlıq, taxıl biçən kombaynların vəziyyəti, taxıl biçinin qısa müddətdə və itkisiz başa çatdırlması ilə bağlı fikir mübadiləsi aparılıb.