Füzulidə qumbara tapıldı

fuzulide-qumbara-tapildi
Oxunma sayı: 648

Füzuli rayonunda hərbi sursat aşkarlanıb.
 
Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Qafqazinfo”ya verilən məlumata görə, avqustun 16-da Füzuli rayonu Bala Bəhmənli kəndində dəmir yolu xəttinin yaxınlığında 1 ədəd əl qumbarasının aşkar olunması barədə məlumat daxil olub.
 
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə dəmir yolu xəttinin yaxınlığına baxış keçirilib, aşkar olunan 1 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
 
Aşkar olunmuş əl qumbarasının ətrafında 1 300 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.