Füzulidə tank əleyhinə mina tapıldı

Füzulidə tank əleyhinə mina tapıldı
Oxunma sayı: 370

Noyabrın 4-də FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və DİN “102” Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Şükürbəyli kəndində bir ədəd minanın aşkarlanması barədə məlumat daxil olub.
 

ANAMA-dan “Qafqazinfo”ya verilən xəbərə görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu məlumata əsasən dərhal həmin əraziyə göndərilib.
 
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə bir əkin sahəsinə baxış keçirilib. Aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində tank əleyhinə mina (TM-62M) aşkar edilib. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
 
Aşkarlanmış minanın ətrafında 800 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi