Füzulidə yenilik - Fotolar

fuzulide-yenilik
Oxunma sayı: 647

Son illər Füzuli rayonunun işğaldan azad olunmuş şəhər, qəsəbə və kəndlərində təmizlik, səliqə-səhman, abadlıq-quruculuq işləri həyata keçirilir.

Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, rayonda bu yöndə həyata keçirilən işlər kənd və qəsəbələrin daha da gözəlləşməsinə, sosial infrastrukturların müasirləşdirilməsinə imkan yaradır. 

Xüsusi ilə son 6 ildə rayon ərazisində, magistral və kəndarası avtomobil yolarının kənarlarında əkilən on minlərlə ağaclar, salınan park və xiyabanlar rayonun ekoloji təmizliyinə böyük fayda verməkdədir. Son altı il ərzində rayonun florasının daha da zənginləşdirilməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi məqsədilə on minlərlə çinar və digər həmişəyaşıl ağac və gül kolları əkilib.

Əkilən ağaclara, salınan yaşıllıq zolaqlarına mütəmadi olaraq qulluq göstərilir, onların qorunub saxlanılmasına, suvarılmasına xüsusi diqqət yetirilir.