Füzulidə zabit və əsgərlərlə görüş olub - Fotolar

fuzulide-zabit-ve-esgerlerle-gorus-olub
Oxunma sayı: 1204

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 26 iyun Silahlı Qüvvələr günü və Ramazan bayramı münasibəti ilə rayon ərazissindəki “N” saylı Hərbi Hissəsində xidmət edən əsgər və zabitlər görüşüb.

“Qafqazinfo” xəbər verir ki, icra başçısı Alı Alıyev N saylı hərbi hissənin komandanlığı ilə birlikdə əvvəlcə ön xəttə olub, burada xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə fərdi söhbətlər aparıb, onlara bayram sovqatı çatdırıb.

Şəxsi heyətlə keçirilən görüşdə çıxış edən Alı Alıyev Silahlı Qüvvələr Günü və Ramazan bayramı münasibətilə əsgər və zabitləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb.  Alı Alıyev əsgərlərə Vətənimizin etibarlı müdafiəsi naminə nümunəvi xidmət göstərməyi tövsiyyə edib, onlara qələbə sevinci arzulayıb.

Hərbi hissə komandanlığı bu cür görüşlərin əsgərlərə mənəvi dəstək olduğunu, ruh yüksəkliyi yaratdığını vurğulayıblar.