“Füzulililər Alı Baş Komandanın əmrini gözləyirlər”

fuzulililer-ali-bas-komandanin-emrini-gozleyirler
Oxunma sayı: 1227


"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin iştirak etdikləri səyyar qəbul-görüşdə çıxış edən Alı Alıyev əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, işğaldan azad edilmiş ərazilərdə aparılan geniş quruculuq və abadlıq işlərindən danışıb.

Alı Alıyev qeyd edib ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə imkan verir.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq quruculuq işlərindən razılıqlarını ifadə edərək, dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Səyyar qəbulda iştirak edənlər müraciətlərinin həmişə diqqət mərkəzində saxlanıldığını bildirməklə ən böyük arzularının Qarabağın düşmən tapdağından azad olunacağına inamlarını ifadə ediblər.

Səyyar qəbul-görüşü yekunlaşdıran Alı Alıyev son günlər cəhbə xəttində baş verən hadisələrə münasibət bildirmiş, gənclərin və yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsinə rayonda ciddi diqqət yetirildiyini söyləmiş, bütün bu işlərin prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan məqsədyönlü siyasətlə ahəngdarlıq təşkil etdiyini vurğulayıb.