Füzulinin işğal günü anılıb

fuzulinin-isgal-gunu-anilib
Oxunma sayı: 1983


“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə rayonun rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açıb.

Sonra torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Alı Alıyev Füzuli rayonunun işğalı, işğala qədər cərəyan edən hadisələrdən danışıb. Bildirib ki, o dövrdə Azərbaycandakı xaos, siyasi hakimiyyətsizlik Füzulinin, o cümlədən digər rayonların işğalına səbəb olub.

Alı Alıyev qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində rayon üzrə 735 nəfər  şəhid olub, 1240 nəfər əlil olub və girov götürülüb. Şəhidlərdən 8 nəfəri Azərbaycan Respublikasının Milli Qəhramanı adına layiq görülüb. İşğal nəticəsində rayonun madii-mədəniyyət abidələri məhv edilib, rayona ümumilikdə 6 milyard dollara yaxın ziyan dəyib.