Fyodor Yemelyanenko nokautla uduzub - Video

fyodor-yemelyanenko-nokautla-uduzub
Oxunma sayı: 846

Rusiyalı qaydasız döyüşçü Fyodor Yemelyanenko amerikalı Mertti Mitrionla Bellator 180 turniri çərçivəsində qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, Nyu-Yorkda keçirilən döyüş iki dəqiqədən də az davam edib. Rusiyalı döyüşçu nokautla uduzub.

Döyüşdən sonra amerikalı idmançı rəqibi haqqında xoş sözlər deyib. Yemelyanenko da öz növbəsində Mitrionla daha bir görüş keçirmək istədiyini bildirib.

Qeyd edək ki, bu Fyodor Yemelyanenkonun peşəkar karyerasında beşinci məğlubiyyəti olub.