Gah inkar, gah da təsdiq etdi - Manananın söz oyunu

gah-inkar-gah-da-tesdiq-etdi
Oxunma sayı: 3375

Əməkdar artist Manana Caparidze həmkarı Tünzalə Ağayeva ilə barışmasından danışıb. “Qafqazinfo” xəbər verir ki, “MTV “yə açıqlama verən müğənni, əvvəlcə Ağayeva ilə küsülük xəbərindən məlumatsız olduğunu qeyd edib:

“Bu söhbət kimə lazımdır? Bunu hardan tapıb ortaya çıxarırlar? Eşitdim ki, biz küsüb, sonra barışmışıq. Bu, doğru deyil”. 

Əməkdar artist daha sonra məlumatı təsdiqləyərək  həmkarına barışıq əli uzatdığını bildirib: “Bir balaca anlaşılmazlıq var idi.  Biz bir layihədə münsif kimi yer almışdıq və fərqli fikirlərimiz var idi. Bir tədbirdə Tünzalə xanıma yaxınlaşıb dedim ki, məsələyə nöqtə qoyaq”. 

Qeyd edək ki, cütlüyün barışıq xəbərini T. Ağayeva ilk dəfə “ATV maqazin onlarla” proqramına açıqlamasında bildirmişdi.