“Galaxy Note 7” yeni adla satışa çıxacaq

galaxy-note-7-yeni-adla-satisa-cixacaq
Oxunma sayı: 657

“Samsung” şirkəti “Galaxy Note FE” adlanacaq modelin yeni istehsalına başlamayaraq az batareya tutumu ilə təchiz edilən bir neçə nümunəni təmir etmək və başqa dəyişikliklər etməmək qərarına gəlib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, “Galaxy Note FE” 5,7 düym diaqonallı “Quad HD Super AMOLED” ekran, 4 giqabayt operativ yaddaş tutumuna malik “Samsung Exynos 8890” prosessoru ilə təchiz ediləcək.

Bundan başqa, qurğunun arxa tərəfində 12, ön tərəfində 5 meqapikselli kamera quraşdırılacaq. Modelin akkumulyator tutumu nisbətən zəif olacaq. “Galaxy Note 7” modelində akkumulyatorun tutumu 3,500 milliamper/saat təşkil edib.

Bərpa edilən “Samsung Galaxy Note 7” smartfonunun rəsmi buraxılışı iyulun 7-nə təyin olunub. Şirkət qurğunu Cənubi Koreya daxil olmaqla bir sıra bazarlara çıxarmağı planlaşdırır.