“Galaxy S10 X”nin texniki göstəriciləri və qiyməti ortaya çıxdı

galaxy-s10-xnin-texniki-gostericileri-ve-qiymeti-ortaya-cixdi
Oxunma sayı: 2484

Cənubi Koreyanın “Etnews” adlı məşhur saytı “Galaxy S10” flaqman modelinin ən təkmilləşdirilmiş versiyası barəsində məlumat verib.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, əsasən sözügedən versiya 5G texnologiyasına sahib olacaq və “Galaxy S10 X” adlanacaq.

Məlumata görə, smartfon 6.7 düym Super AMOLED ekran, ekrana inteqrasiya edilmiş barmaq izi skanı tenxologiyası, 10 GB RAM, 1 TB daxili yaddaş həcmi (çox güman ki, 512 GB daxili yaddaş + 512 GB microSD), 2 ön kamera, 4 arxa kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

5G texnologiyasına sahib model digər “Galaxy S10” modelləri ilə birlikdə 20 fevral tarixində təqdim ediləcək.

Sözügedən modelin qiyməti isə 1425-1600 dollar olacaq və martda satışa çıxacaq.