“Galaxy S10”un qiyməti və satışa çıxacağı tarix məlum oldu

galaxy-s10un-qiymeti-ve-satisa-cixacagi-tarix-melum-oldu
Oxunma sayı: 10145

Çinin “Gizmodo” adlı saytı “Galaxy S10” seriyasının qiyməti, bəzi texniki göstəriciləri və satışa çıxacağı tarix barəsində eksklüziv məlumatları açıqlayıb.

“Qafqazinfo” “Technote”yə istinadən xəbər verir ki, “Galaxy S10” Lite modeli 5.8 düym ekran, 128 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq və 845 dollara satılacaq.

Adi “Galaxy S10” 6.1 düym ekran, 128 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq və 1010 dollara satılacaq. Bu modelin 512 GB-lıq versiyası isə 1260 dollar olacaq.

“Galaxy S10 Plus” modeli isə 6.4 düym ekran, 128/512 GB və 1 TB daxili yaddaş həcmi ilə təchiz olunacaq. 128 GB-lıq versiya 1135 dollara, 512 GB-lıq 1385 dollara, 1 TB-lıq isə 1765 dollara satılacaq.

Məlumata görə, “Galaxy S10” seriyası 20 fevral 2019-cu ildə “Samsung Unpacked” adlı tədbirdə təqdim olunacaq, 8 martda isə satışa start veriləcək.

Qeyd edək ki, təqdim olunmuş qiymət göstəriciləri İngiltərə bazarı üçün nəzərdə tutulub. İngiltərədə isə smartfonlar Avropa və digər ölkələr ilə müqayisədə daha baha satılır.