“Game of Thrones” başlayır

game-of-thrones-baslayir
Oxunma sayı: 1224

Dünyaca məşhur “Game of Thrones” (Taxt oyunları) serialının 8-ci sezonunda yayımlanacağı ilk bölümün tarixi açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə ekran işinin baş qəhrəmanı Kit Harinqton məlumat yayıb. 

O, tvitter səhifəsində layihənin gələn ilin aprel ayında başlayacağını qeyd edib.  Daha sonra serialın rəsmi hesabında məlumat təsdiqlənib və “Game of Thrones”un 5 aydan sonra yayımlanacağı qeyd olunub. 

Xatırladaq ki, bir müddət əvvəl layihənin rəsmi nümayəndəsi Joe Bauer serialın planlaşdırılan tarixdə, yəni 2019-cu ilin aprelində başlamayacağını açıqlamışdı.