“Game of Thrones” ulduzunun gizli toyu oldu - Fotolar

game-of-thrones-ulduzunun-gizli-toyu-oldu
Oxunma sayı: 1708

“Game of Thrones”un Sansa Starkı Sophie Turner pop ifaçısı Joe Jonasla evlənib.  “Qafqazinfo” xəbər verir ki, tanınmış cütlük ötən gecə təşkil olunan “Billboard” musiqi mükafatlarından sonra gizli şəkildə ailə qurub. 

Mərasimdə çox az sayda insan, iki məşhur şəxsin yaxınları iştirak edib.  Onların böyük toyunun isə Fransada təşkil olunacağı qeyd olunub.

Toydan görüntüləri isə DJ Diplo sosial şəbəkədə paylaşıb.