“Game of Thrones”dan yeni rekord

game-of-thronesdan-yeni-rekord
Oxunma sayı: 1388

“Game of Thrones” (“Taxt oyunları”) serialı ABŞ-da yeni rekorda imza atıb.

“Qafqazinfo” “Hollywood Reporter”ə istinadən xəbər verir ki, ekran işinin səkkizinci mövsümünün son bölümü təkcə “HBO” kanalında bazar günü 13.6  milyondan çox izlənilib. Təkrar baxışlar və ön izləmələrlə birlikdə bu rəqəm 19.3 milyona çatıb.

Bildirilir ki, rekord baxış sayı təkcə serial üçün yox, həm də bütövlükdə “HBO” kanalı üçün olub.