“Game of Thrones”la bağlı sual verdi - Evdən qovuldu

game-of-thronesla-bagli-sual-verdi
Oxunma sayı: 1341

Dünyanın ən məşhur tarixi serialı olan “Game of Thrones”da “Jon Snow” obrazını canlandıran Kit Harington nişanlısını evdən qovub. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aktyor ekran işinin əvvəlki sezonunda rol alan Rose Leslieyə əsəbiləşib. 

Rose nişanlısından layihənin gələcək bölümlərində baş verən hadisələri əvvəlcədən bilmək istəyib. Kit isə müqaviləyə uyğun olaraq serialın keçmiş əməkdaşına demək istəməyib. 

Aktyor mövzu ilə bağlı ona ünvanlanan suallardan bezərək nişanlısını evdən qovub.